Skip to content

Vikipediya nədir?

Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnelogiyası  ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) – azad onlayn ensiklopediyasıdır.

Tarixi

Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer (Larry Sanger) və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels   (Jimmy Wales) Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya  (NuPedia.com) adlandırdılar.

Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. ingilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.

Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində internterdəə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) vəи “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb.

Advertisements

Vikipediyanin Azərbaycan Cəmiyyətində Rolu

azviki.wordpress.com

azviki.wordpress.com – saytı 13 dekabr 2011-ci il tarixində fəaliyyətə başlamışdır. Bu sayt Azərbaycan dilində olan vikipediya ilə bağlı olan ilk saytdır. Saytda Azərbaycan dilində olan vikipdiya haqqında videolar, gündəlik xəbərlər, mövcud problemlər haqqında məlumat veriləcək. Digər vikipediyalar və Vikimedia Fondunun digər layihələri haqqında daimi məlumatların sayta əlavə edilməsi nəzərdə tutulub. Sayt hal-hazırda azvikidə Baskervill adı ilə fəaliyyət göstərən Baskervill tərəfindən idarə edilir.